Nicat Alizade
İlginç websiteleri
Ziyaretçi
Təqvim
<
Mayıs 2012
>
PztSÇPrşCCmtP
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Abonelik
e-Posta: 
Anket
Saytim necədir?

Anket sonuçları
En iyi yorumcu
nalizade Nicat Alizade
Yorumlar: 10
Son yorumlar
Gecədir səni mənə xatirla...
1450 gün önce 01.06.2008 21:48:41
Sensiz ey dil bu cahan cu...
1464 gün önce 18.05.2008 22:39:20

1527 gün önce 16.03.2008 23:39:35
Oyunlar
1542 gün önce 02.03.2008 12:37:29
Myspace Flash Games
1546 gün önce 27.02.2008 17:49:16
En çok yorumlanan başlıklar

Belə itirməkdənsə sevdiyinizi söyləyərək itirin!!!

GöndərənDaxil

nalizade Mesaj gönder
Nicat Alizade
Belə itirməkdənsə sevdiyinizi söyləyərək itirin!!!
1562 gün önce 10.02.2008 22:43:58 Alıntı

Əgər sevgini anlada bilmirsənsə,çəkinirsənsə, oxu amma yarımçıq qoyma hamısını oxu!!! 

 


---
new e-mail alizade-nicat@mail.ru

Yorumlar: 2 Görünümler: 4722
Etiketler: sevgi

nalizade Mesaj gönder
Nicat Alizade
RE: Nicat-_-Əlizadə>
1561 gün önce 12.02.2008 02:37:14 Alıntı
Alıntı:

9-cu sinifdə oxuyurdum.İngilis dili dərsində yanımda bir qız otururdu.Ona sən mənim ən yaxşı dostumsan deyirdim.Amma mən onun ipək kimi saçlarına baxıb onun mənim olmağını istəyirdim...Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.Dərsdən sonra keçən dərsdə olmadığı üçün məndən qeydləri istədi.Ona qeydləri verəndə təşəkkür etdi və yanağımdan öpdü.Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım.



10 cu sinifdə oxuyanda telefonum çaldı.Zəng eləyən o idi.O ağlayırdı,sevginin necə ürəyini sındırdığını deyirdi.Meni evinə çağırdı.Tək qalmaq istəmədiyini deyirdi.Mən təbii ki,getdim.Divanda onun yanında oturdum.Gözəl gözlərinə baxıb onun mənim olmağını istəyirdim.2 saatdan sonra Drew Barrymore’nin bir filmi başladı.Filmə baxdıqdan sonra yatmağa qərar verdi.Hər şey üçün mənə təşəkkür etdi və yanağımdan öpdü.





Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım.....Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və sevgilisinin xəstə olduğunu dedi.Mənim də birlikdə getməyə sevgilim yox idi.7-ci sinifdə bir-birimizə söz vermisdik ki,əgər bala getməyə sevgilimiz olmasa birlikdə gedəcəyik.Və ən yaxşı 2 dost olaraq bala bir yerdə getdik.O gün çox gözəldi.Hər şey yolunda idi.Gecədən sonra onu evlərinə qədər ötürdüm.Qapının qabağında ona baxdım,mənə daha gözəl göründü.O da gözəl gözləriylə mənə gülümsəyərək baxdı. Onun mənim olmağını istəyirdim. O mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.....Mənə həyatımın ən gözəl gününü keçirdim deyib yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım....





Günlər keçdi və məzuniyyət günü gəlib çatdı.Bütün günü ona baxırdım.Diplomunu almaq üçün səhnəyə çıxanda sanki havada süzən bir mələk idi.



Onun mənim olmasını istəyirdim...Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim...



Evə getməmişdən qabaq yanıma gəldi ve ağlayaraq məni qucaqladı.Sonra başını çiynimə qoyub,sən mənim ən yaxşı dostumsan deyib yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım...





Aradan illər keçdi.İndi o qızın nigahını izləyirəm.Bəli o artıq evlənirdi.Onun başqa bir adamla evli olaraq yeni həyata girməyini öz gözlərimlə izləyirdim. onun mənim olmağını istəyirdim...Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.Yeni həyata girmədən öncə yanıma gəldi,toyuma gəldin deyib təşəkkür etdi və məni yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım...



İllər çox tez gəlib keçdi.İndi mənim bir zamanlar ən yaxşı dostum olan qızın tabutuna baxıram.Əşyaları yığışdırılanda məktəb illərində yazdığı gündəliyi tapıldı.Gündəlikdə oxuduğum sətirlər belə idi:




“ONUN GÖZLƏRİNƏ BAXARAQ ONUN MƏNİM OLMASINI ARZULADIM.AMMA O MƏNƏ MƏNİM ONA BAXDIĞIM GÖZLƏ BAXMIRDI,BUNU BİLİRDİM.ONU SADƏCƏ DOST KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ İSTƏYİRDİM.ONU ÇOX SEVİRDİM AMMA DEYƏ BİLMİRDİM.SƏBƏBİNİ BİLMİRDİM AMMA ÇOX UTANIRDIM....KAŞ MƏNƏ BİR DƏFƏ DƏ OLSUN SEVDİYİNİ DEYƏRDİ...”


Belə itirməkdənsə sevdiyinizi söyləyərək itirin!!!
Yazı mənə aiddir.Xaiş edirəm bu yazını hansı sayta qoysanız götürdüyünz mənbəni yazmağı unutmayın.


 Nicat Əlizadə>

 




---
new e-mail alizade-nicat@mail.ru

Anonim
..::sEvGi::..
1450 gün önce 01.06.2008 21:48:41 Alıntı

Gecədir səni mənə xatirladan,
ulduzsan gecəmi aydinlatan,
Bil ki, gecə ulduzsuz..
Mən də sənsiz ya$ayamam..

Giriş Şifre
gelişmiş... ( / user Başvurusu )

Mövzu

Sən Wiki vəya HTML etiketləri mətində isdifadə edə bilərsiniz.



Saytda kimlər var?
İsimsiz: 5, İsdifadəçi: 0 (?)
Suistimal | MyLivePage tərəfindən yerləşdirmə | | © Kolobok smiles, Aiwan